Bir neçə söz..

Bəlkə işlərimin çoxluğundan deyil amma həvəsimin həddindən artıq az olmasını dəqiqliklə qeyd eləyə bilərəm səbəb olaraq , mən buralarda az tapılıram . İstər blogu ziyarət etməyim istərsə umimilikdə yeni yazı yazmağım zaman alır .. Ona görə yox mövzu tapa bilmirəm , bilmirəm ki nədən yazım , nə yazım , ona görə ki bunun vacibliyi üçün özümdə stimul axtarmıram umimiyyətlə nəinki onu axtarıb tapa bilməmək .. Həyatda hər şeyin başında hərəkətverici qüvvə olduğunu kəsinliklə dəstəkləyirəm mən .. Yəni həcmindən ölçüsündən , sərhədindən aslı olamayaq , istənilən işə başlamaq üçün sənə lazım olan ilkin şey bacarıqdan öncə motivasiyadır , İlhamdır , Gücdür ,enerjidir və daha adını başqa sözlə ifadə eləyə biləcəyim əslində hamısın tək adı olan DƏSTƏKdir . Burda Dəstək tək əlavə kəslər tərəfindən görülən edilən Kömək nəzərdə tutmuram elə məhz insanın özünün də özünə daxilən bəslədiyi ,  böyütdüyü , inkişaf elətdirdiyi DƏSTƏK dən danışıram . O dəstək ki ayaqda saxlayır insanı , hər hal vəziyyətə qarşı immunitet yaradır insanın özündə -qəlbində beynində ruhunda-..  O Dəstək adlandırdığım nəsnə insanda olmayanda ya az olanda ya da tükənmək üzrə olanda işlər doğrudan da çöküşə doğru irəliləməyə başlayır …  

( Mövzunu davam eləyə bilərəm , bəlkə də eləyəcəm , bu yazım ola bilsin , müəyyən suallara -əsas suallara- cavab tapmış olsun , hazırda yazmaq məqsədim o idi .. )

Film təhlili ( The prince of tides ( Dalğaların Prensi )

Dalğaların prensi  (The prince of tides ) 

Film , 5 nəfərdən təşkil olunan ailənin üzvünün , bacısının intihara cəhd etməsiylə əlaqədar onun psixolquyla ailə hekayətini anlatmasından ibarətdir. Ailə:
Ata ( Henri ) Ana ( Lali ) Qardaş ( Luke ) Bacı ( Sovannah ) Və özü Tom –dan təşkil olunub . Hadisələr Tom tərəfindən nəql edilir . Film boyu keçmişi gözönünə canlandırmasından aydın olur ki Tomun ailəsinin psixoloji vəziyyəti normal deyil . Atanın zamanla və tez-tez ailəyə şiddət tədbiq eləməsi , Ana ( Lali)nin təbii olaraq bu şiddətdən təsirlənməsi evdə olan digər üzvlərin də psixologiyasında izlər əmələ gətirir və bu hər birində xüsusi travmaya çevrilir . Belə ki, film ərzində əsas səbabkarlardan Savannanın dəfələrlə özünə qəsd edilməsi barədə danışılır . Bu da səbəbsiz deyil, göstərilir ki , Savanna 7 yaşında olarkən Anası evdə ölü doğum həyata keçirir və ata uşağı parçaya bükərək buzxanaya yerləşdirir . Tom , gecə mətbəxə enərkən Bacısı Savannanın divanda qucağında ölmüş uşağın cəsədini tutmuş vəziyyətdə tapır .Psixoloqun –bunu onun özünə dedinizmi- sualına  səhəri gün söylədiyini amma cavabında bacısının dünən olanların fərqində olmadığını bildirir. Sovannada psixoloji problem 7 yaşında başlayıb .
Oxumağa davam et “Film təhlili ( The prince of tides ( Dalğaların Prensi )”

Susanna Tamaro-Ürəyinin Apardığı Yerə Get ( roman)

Susanna Tamaro-Ürəyinin Apardığı Yerə Get

( roman)

İnsanın özündən küsməsi özünə inamsızlığa gətirib çıxarır. Burdan qəzəbə keçən yol isə çox qısadır
Bədbəxtlik, xüsusi olaraq qadın cinsini izləyər. Bəzi irsi anormallıqlar kimi anadan qız övlada keçər. Keçərkən də zəifləmək əvəzinə daha intensiv , daha davamlı və dərin olur.
Zaman dəyişirdi, insanlar dəyişirdi, ətrafımdakı hər Şey dəyişirdi və mən hey tərpənmədən eyni yerdə durduğumu hiss edirdim.
Çox kitab oxudum, lap çox şeylə maraqlandım, amma həmişə ağlımın bir ucu uşağın bezlərində, o biri ucu ocaqdakı yeməkdə, bir ucu da duyğularda oldu.
dil dişin ağrayan yerinə dəyər
Mənə öyrədilən uyğunluq deyil, surətpərəstlik idi
Xoşbəxtliyin həmişə bir obyekti vardır, nəyə görəsə xoşbəxt olursan, xoşbəxtliyin var olması xarici səbəblərlə bağlıdır.
Xarakter, dünyada keyfiyyətdən daha çox dəyər verilən bir şeydir. Amma xarakter və keyfiyyət eyni zamanda formalaşmaz, hətta bir-birindən fərqli zamanlarda yaranar.
Daxilimdə döyüş gedirdi, bir hissəm özüm kimi olmağı, o biri hissəmsə dünyanın tələb etdiyi qanunlara uyğunlaşmağımı istəyirdi. Necə də çətin bir döyüşdür!
Sevilə bilmək üçün qarşı çıxmamaq, olmadığım kimi görünmək məcburiyyətindəydim
Məsələlərin həlli gündəlik təcrübələrdən doğar, əşyalara real, olduğu kimi baxmaqdan yaranar. Onların necə ola biləcəklərini düşünməkdən deyil! Yad təsirlərı, özümüzə aid olmayanları ayırıb atdığımız zaman, deməli, doğru yoldayıq.
Anlayırsanmı, dünya belədir, həyat cömərdlik tələb edir: insanda müəyyən xasiyyətlərin yaranması və bunlar yaranarkən ətrafındakıları dərk etməməsi hələ nəfəs alsa da onu canlı ölüyə bənzədir.
Anlayışın sükuta ehtiyacı vardır
İnsanda bir həyat yaratmaq arzusu hər şeyə qarşı güclü olma duyğusu oyandırır. Ölümü, qaranlığı, inamsızlığı uzaqlaşdırır, dünyaya özündən bir parça gətirirsən və bu möcüzə qarşısında hər şey gücsüzdür.
Üzün, simanın nə olduğunu anlayrsanmı? Hər şey üzdədir. Sənin həyatın, anan, atan, babaların, hətta ulu babalarının əlamətləri sənin çöhrəndə əks olunub. Üzdə insana xas, atababalardan aldığın yaxşı, ya da yaxşı sayılmayan şeylər var. Üz bizim hər şeydən əvvəl şəxsiyyətimizin ölçüsüdür.
Bir ömür boyunca anaların, ya da ataların üz cizgilərinin izini davam etdirən insanlar vardır.
Dayanır və gözləyirdim. Nəyi? Bu mövzuda azacıq da olsa bir fikrim yoxdu.
Qəribədir, ümumiyyətlə sonradan həyatımızın ən əhəmiyyətli varlığına çevrilən insanlardan ilk anda xoşumuz gəlmir
Biz xəyanət etmişdik və bütün xainlər kimi nə yerdə, nə göydə bizə yer vardı
Artıq çıxış yolunun qalmadığını sandığın bir vəziyyətdə, ümidsizliyin zirvəyə çatanda ruzigar sürətiylə hər şey dəyişir, yerlə- yeksan olur və bir anda özünü yeni bir aləmdə görürsən
Yaşanmayan bir şeyin xəyalı qurulmaz!
İki insan qarşılaşıb bir-birini xoşladıqları zaman balaca hormonlar ifraz olurmuş. Bu hormonlar burundan girib beyinə qədər gələr və beynin gizli bir bükümdə fırtına yaradırmış. Nəticə olaraq, duyğular gözlə görünməz qoxudan başqa bir şey deyildir
Ürəyin azad qaldığı müddətdə heç kəsin diqqətini çəkməzsən; sonra bir insana bağlananda sən artıq başqalaryıla maraqlanmaz olarkən hamı arxanca düşər, səni tərifləyər
Özümü daha müdrik, daha təkmilləşmiş hiss etmirdim. Daxilimdə böyüyən rahatlıq düşüncəsi idi: Çöldə çöl, çinarın altında çinar, insanların arasında insanlarla ol.
İlk çevrilişi insan öz içində etməlidir, bəli ilk və ən əhəmiyyətli çevriliş budur. İnsan özü haqqında bir düşüncəyə sahib deyildisə, bir məqsəd uğrunda vuruşmaq atılacaq ən təhlükəli addımdır.
Allahim men ne ucun sair doguldum? ( Almas Ildirim )
Men artiq ne yazim yurduma dair,
Dusmen zeher sacir dostlar gizlenir,
Bilmem oz yurdunu seven bir sair,
Neycin bir cani kimi gizlenir.
Gizli yol gezmedim, qacaq olmadim,
Sakit bir heyati pozmadim men ki?
Hec kime qanli bir bicaq olmadim,
Hec bir qetle ferman yazmadim menki?
Bes neycin qeribem bu dogma elde,
Mehbesmi dord yanim menki boguldum,
Melum bir zamanda, mehkum bir elde,
Allahim men ne ucun Sair doguldum?
Allahim men ne ucun Sair doguldum?

böyük danışma , plan qurma, niyyət eləmə…

Böyük danışma , plan qurma, niyyət eləmə…

cropped-alasgarova-aynur1.png

Hərdən,çox yersiz  şeylər arzuladığımın fərqində oluram . Məncə insan,Allahın gözündən onda düşür ki , özünün də mənasızlığını gözəl bildiyi şeyləri  ondan dəfələrlə israr eləyir, istəyir . O əla bilir bunların sənə gətirəcəyi zərər və ziyanları odur ki  yubadır və həyata keçirtmir. Mən çox vaxt “ biri baş tutsun  dərhal digərləriylə məşğul olacağam “ sözünü vermişəm özümə. Di gəl, nəinki əvvəl yerinə yetməsini istədiyim nələrinsə reallaşmasını, vəziyyətin olduğundan da qəlizləşdiyini tez-tez görmüşəm . Bu halda . həmən ağlıma gələn ilk fikir “ Demək ki,Allah sənin kinci nəzərdə tutduğun işin reallaşmasını istəmir, niyə israrcısan ?!”.Ardıcıl edilməsi gərəkdiyini əminliklə vurğuladığım məsələlər var mənim . Yəni , biri alınmamış digərini görmək lazım deyil dediyim  əsaslı şeylər. Düşünürəm ki , pərakəndə , ürəyin istəyən nəyisə dərhal yerinə yetirməyə cəhd etmək  ağılsızlıq olardı . Düzdür, bir çox müəllif və kəslər –nə düşündün  həyata keçirt , gözləmə- tərəfdarıdır, amma mən bunun belə olmadığını daha doğrusu olmamısıını kəskin şəkildə dəstəkləyənlərdənəm . Həyatın əsas amili hesab elədiyim hadisələr dura-dura necə bu qədər rahat qərar vermək olar ?!.

Oxumağa davam et “böyük danışma , plan qurma, niyyət eləmə…”

bəzən ,hərdən…

vardir əlbət hərənin öz köşəsinə çəkildiyi vaxtı , vardır. Düşündüyü amma nə düşündüyü o qədər də anlaşılmayan , gözlədiyi amma nə ( kim ) gözlədiyi özünün də bilmədiyi, hiss etdiyi amma nə hiss etdiyi özünə də bəlli olmayan , vardır belə vaxtı, hamının vardır !